...

Minimum əməkhaqqı gəlir vergisindən azad edilməlidir – Deputat

Cəmiyyət Materials 21 Noyabr 2025 12:30 (UTC +04:00)
Minimum əməkhaqqı gəlir vergisindən azad edilməlidir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əksər dövlətlərdə minimum əməkhaqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşların maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da məqsədəuyğundur:

“Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirəm”.

Deputat əlavə edib ki, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər.

“Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti