Bakı. Trend:
Dünya şöhrətli yunan tennisist Stefanos Tsitsipas Yunanıstanda sürət həddini aşdığına görə bir il müddətinə sürücülük hüququndan məhrum edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, idmançı idarə etdiyi “Lotus” avtomobili ilə sürət həddi saatda 130 kilometr müəyyən edilmiş avtomagistralda 210 km/saat sürətlə hərəkət edib.
Yol hərəkət qaydasının pozuntusu Yunanıstan yollarına təhlükəsizliyin artırılması məqsədilə avtomagistrallarda quraşdırılan yeni kamera texnologiyaları ilə qeydiyyata alınıb.
Sürücülük vəsiqəsindən bir il müddətinə məhrum olan tennisçi, bundan başqa 2 min avro məbləğində cərimə ödəməli olacaq.
