Bakı. Trend:
"Fiorentina" "Çelsi"nin mərkəz müdafiəçisi Coş Açeamponqla maraqlanır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Florensiya təmsilçisi 19 yaşlı futbolçunu transfer etmək hüququ ilə icarəyə götürməyi düşünür.
İtaliya klubu həmçinin London klubunda oyun praktikasından əziyyət çəkən 27 yaşlı müdafiəçi Aksel Disasi ilə də maraqlanır.
Disasi bu mövsüm “Çelsi”nin əsas komandasında bir dəfə də olsun meydana çıxmayıb. Fransız futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.