...

Yanvar-oktyabr aylarında Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin açıqlanıb

İqtisadiyyat Materials 21 Noyabr 2025 13:43 (UTC +04:00)
Yanvar-oktyabr aylarında Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Portuqaliyaya 430,7 milyon ABŞ dolları dəyərində 803,4 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və xam neft məhsulları ixrac edilib.

Bu barədə Trend Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,4 milyon ABŞ dolları və ya 31,8% azalıb, həcm baxımından isə 201,8 min ton və ya 20,1% azalıb,

Hesabat dövründə Portuqaliya Azərbaycanın neft və neft məhsullarını idxal edən ölkələr arasında 6-cı yerdə qərar tutub.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard ABŞ dolları dəyərində 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti