Bakı. Trend:
Bakı şəhəri Yasamal rayonundakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfərin həlak olub.
Trend-in məlumatına görə, həyatını itirənlərdən biri – 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı (Könül Vəlibəyli) Bakı Milli Geyim Evinin rəhbəri olub.
Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, yanğınla bağlı çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə qeyd olunub.
