...

Pakistan Bakıda "Mükəmməllik Mərkəzi"nin yaradılması təşəbbüsünə dəstək verir

Cəmiyyət Materials 21 Noyabr 2025 16:02 (UTC +04:00)
Pakistan Bakıda "Mükəmməllik Mərkəzi"nin yaradılması təşəbbüsünə dəstək verir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Bakıda "Mükəmməllik Mərkəzi"nin yaradılması təşəbbüsünə dəstək verir.

Trend xəbər verir ki, bunu Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb D-8 Media Forumu çərçivəsində keçirilən "Strateji kommunikasiya və böhranın idarə olunması" adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırki vəziyyətdə sosial şəbəkələrin əhatə və təsir dairəsini gözardı etmək olmaz:

"Pakistan və Azərbaycan arasında ortaq dəyərlər çoxdur. Azərbaycanın dinamik liderliyi ilə D-8 təşkilatının Bakıda "Mükəmməllik Mərkəzi" yaradılacaq. Media sahəsində virtual təmaslar olduqca vacibdir. Sosial şəbəkələrin təsir dairəsi çox böyükdür. Səhv məlumatlar doğru xəbərdən azı 10 dəfə sürətlə yayılır və "fake" informasiya silaha çevrilir. Sürətlə dəyişən informasiya mühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiya strategiyasının qurulması zəruridir. Bu baxımdan üzv ölkələr arasında təcrübə mübadiləsi və birgə metodoloji çərçivələrin hazırlanması mühüm əhəmiyyət kəsb edir".

"Bakıda "Mükəmməllik Mərkəzi"nin yaradılması qlobal miqyasda yaranan təhdidlərin müzakirəsi və həll yolları tapılmasında mühüm əhəmiyyət kəsb edəcək. Hibrid müharibələr dövründə bu cür mərkəzlər və əməkdaşlıq olduqca mühümdür", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti