...

Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb

İqtisadiyyat Materials 21 Noyabr 2025 17:53 (UTC +04:00)
Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Noyabrın 21-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti