...

"Arsenal"ın müdafiəçisi bir neçə həftə oynamayacaq

İdman Materials 21 Noyabr 2025 19:38 (UTC +04:00)
"Arsenal"ın müdafiəçisi bir neçə həftə oynamayacaq

Bakı. Trend:

"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyaesin durumuna aydınlıq gəlib.

Trend xəbər verir ki, Braziliyalı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Mikel Arteta məlumat verib.

27 yaşlı mərkəz müdafiəçisi Braziliya milli komandasının düşərgəsindən zədəli qayıdıb.

Qeyd edək ki, "Arsenal" Qabriel Maqalyaesi 2020-ci ilin yayında "Lill"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti