...

Çin orbitə eksperimental rabitə peyki göndərib

Dünya xəbərləri Materials 21 Noyabr 2025 17:02 (UTC +04:00)
Çin orbitə eksperimental rabitə peyki göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) eksperimental “Shiyan-21” rabitə peykini uğurla orbitə çıxarıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, buraxılış bu gün Pekin vaxtı ilə saat 18:55-də (Bakı vaxtı ilə 14:55) Siçuan kosmodromundan CZ-3B (“Çanqjan-3-bi”) raketi vasitəsilə həyata keçirilib. “Çanqjan” raket daşıyıcıları seriyası üçün bu, sayca 609-cu missiyadır.

CZ-3B (buraxılış zamanı onun CZ-3B/E modeli istifadə olunub) üçpilləli, maye yanacaqlı raketdir və onun başlıq örtüyünün diametri 4,2 metrdir. Raketin uzunluğu 56,3 metrə çatır və o, Yer orbitinə 12 tona qədər faydalı yük çıxarmağa qadirdir. Adətən bu daşıyıcı peykləri geostasionar keçid orbitinə göndərmək üçün istifadə olunur və ora 5,5 tona qədər yük çatdıra bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti