...

Türkiyə Super Kubokunda yarımfinal və final matçlarının püşkü atılıb

İdman Materials 21 Noyabr 2025 18:53 (UTC +04:00)
Türkiyə Super Kubokunda yarımfinal və final matçlarının püşkü atılıb

Bakı. Trend:

Türkiyə Super Kuboku oyunlarının püşkü atılıb.

Trend xəbər verir ki, püşkün nəticəsinə əsasən hansı matçın hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.

"Qalatasaray"la "Trabzonspor" arasındakı ilk yarımfinal görüşü gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq. "Fənərbaxça" - "Samsunspor" matçı 6 yanvar tarixində Adanada keçiriləcək.

Final oyunu isə yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti