Bakı. Trend:
Hindistanda soyuqdəymə və qızdırmaya qarşı istifadə olunan “Coldrif” uşaq siropundan azı 24 azyaşlı zəhərlənərək həyatını itirib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
İlkin araşdırmaya görə, zəhərlənməyə səbəb dərman preparatının tərkibində olan propilenqlikol olub.
İstehsalçı “Sresan Pharmaceutical” şirkətinin üçüncü şirkətlərdən həmin xammalı qəbul edən zaman lazımı təftiş aparmayıb və taralardakı möhürləri yoxlamayıb.
Sözügedən maddənin dietilenqlikol ilə çirkləndiyi güman edilir. Dietilenqlikol sənayedə tətbiq olunan toksik maddədir və bəzən qəsdən və ya səhvən daha bahalı propilenqlikolu əvəz etmək məqsədilə istifadə olunur. Bu toksin əvvəllər 2022–2023-cü illərdə Afrikada və Mərkəzi Asiyada 140-dan çox uşağın ölümünə səbəb olmuşdu.
