...

Rumıniya Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 21 Noyabr 2025 17:38 (UTC +04:00)
Rumıniya Azərbaycandan neft idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rumıniyaya ümumilikdə 869,6 min ton həcmində, 475,9 milyon ABŞ dolları dəyərində bitum süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 125,1 milyon ABŞ dolları və ya 35,7 faiz, həcm baxımında isə 283,9 min ton və ya 48,5 faiz çoxdur.

Hesabat dövründə Rumıniya Azərbaycandan neft və neft məhsulları idxal edən ölkələr arasında beşinci yerdə qərarlaşıb.

Qeyd olunmalıdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard ABŞ dollarından çox dəyərdə - təxminən 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm ifadəsində isə 182,6 min ton (0,9%) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti