Bakı. Trend:
Azərbaycan Sərhəd Qoşunılarının general-leytenantı Fərhad Sabir oğlu Tağızadə, 70 illik yubileyi münasibətilə fəxri mükafata layiq görülüb.
Trend xəbər verir ki, 7 noyabr tarixində Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanlarında uzun illər xidmət göstərmiş Fərhad Tağızadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin əmrinə əsasən “Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı” döş nişanı ilə təltif edilib.
Bu gün isə mükafat Fərhad Tağızadəyə təqdim olunub.
