Astana. Trend:
Qazaxıstan Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayır.
Trend Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün yekunlarına dair KİV nümayəndələrinə danışıb.
O həmçinin, ABŞ Prezidenti Donald Trampın Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində göstərdiyi səyləri və onun təqdim etdiyi planı dəstəklədiyini bildirib.
Tokayev qeyd edib ki, Paşinyanla danışıqlar zamanı aktual regional və beynəlxalq gündəm üzrə fikir mübadiləsi aparılıb, bir çox məsələlərdə mövqelərin oxşarlığı vurğulanıb.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Həmin gün hər iki ölkənin xarici işlər nazirləri sülhün və dövlətlərarası münasibətlərin qurulması barədə sazişi paraflayıblar
