Bakı. Trend:
BƏƏ-də “Dubai Air Show” aviaşousunda qəzaya uğramış Hindistanın “Tejas” qıcısının pilotu vaxtında katapult edə bilməyərək həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, qəza, pilot olduqca təhlükəli “Çəllək” manevrini yerinə yetirən zaman baş verib.
15:45
xxx
Birləşmiş Ərəb Əmirliklərində “Dubai Air Show” aviaşousunda Hindistana hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi qəzaya uğrayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“HAL Tejas” qırıcısı yerli vaxtla saat 14:10-da nümayiş xarakterli uçuş zamanı tamaşaçıların gözü qarşısında yerə çırpılaraq partlayıb.
Pilotun vəziyyəti barədə məlumat verilməyib.
