...

Xocalı şəhərinə daha 136 sakin qayıdıb: açarlar təqdim edilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2025 14:00 (UTC +04:00)
Xocalı şəhərinə daha 136 sakin qayıdıb: açarlar təqdim edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Noyabrın 21- də Xocalı şəhərinə novbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 136 nəfərdən ibarət 25 ailə doğma yurduna qayıdıb.

Bildirilir ki, sakinlər uzun illərdir respublikanın müxtəlif ərazilərində çətin şəraitdə məskunlaşmış ailələrdən seçilib.

Xocalıya çatan ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri tərəfindən qarşılanıb.

Yeni evlərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xocalıya növbəti köçün həyata keçirilməsi həm tarixi, həm də rəmzi məna daşıyır: “Uzun illər həsrətində olduğumuz Xocalıya geri dönüşün daha bir mərhələsinə şahidlik edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasını təmin edir. Bu gün Xocalının yenidən dirçəlməsi Azərbaycan dövlətinin gücünün, xalqın iradə və birliyinin göstəricisidir”.

S. Qəhrəmanovun sözlərinə görə, Xocalıda genişmiqyaslı tikinti-quruculuq işləri davam edir və köç mərhələli şəkildə həyata keçirilir. Artıq Xocalı şəhəri ilə bərabər rayonun bir neçə kəndinə də insanların qayıdışı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti