Bakı. Trend:
Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib.
Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilərək plenar iclasa tövsiyə edilib.
