...

Britaniya hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı plan hazırdır - Con Hili

Dünya xəbərləri Materials 21 Noyabr 2025 17:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

London "istəklilər koalisiyanın" səyləri çərçivəsində atəşkəs əldə olunandan sonra hərbçilərini Ukraynaya göndərmək planını artıq hazırlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

"Biz Ukraynada kəşfiyyat apardıq, ona görə hansı bölmələrdən istifadə edəcəyimizi bilirik, onları necə yerləşdirə biləcəyimizi öyrəndik və onların hansı rolu oynaya biləcəyi barədə də məlumatlıyıq", – Hili bildirib.

Nazirin sözlərinə görə, London öz qüvvələrini Ukraynaya göndərmək və yerləşdirmək üçün 130 milyon ABŞ dollarından çox vəsait xərcləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti