...

Polşada terror aktı törətməkdə təqsirləndirilən şəxslər Belarusa daxil olublar - XİN

Dünya xəbərləri Materials 21 Noyabr 2025 19:25 (UTC +04:00)

Bakı. Trend:

Belarus Xarici İşlər Nazirliyi Polşa ərazisində terror aktı törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının ölkəyə daxil olduğunu və onların axtarışının davam etdiyini bildirir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Belarus XİN-in mətbuat katibi Ruslan Varanokova bu barədə məlumatı təsdiqləyib.

Varanokov qeyd edib ki, Belarus və Polşanın səlahiyyətli orqanları Polşa ərazisində terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinən iki şəxsin yerinin müəyyənləşdirilməsi üçün birgə tədbirlər həyata keçirirlər.

XİN nümayəndəsi onu da bildirib ki, əgər həmin şəxslər Belarus ərazisində aşkar olunarsa, onlar saxlanılacaqlar.

Xəbər lenti

Xəbər lenti