...

Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub (YENİLƏNİB)

Cəmiyyət Materials 22 Noyabr 2025 01:00 (UTC +04:00)
Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub (YENİLƏNİB)

Bakı. Trend:

Bakının Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib.

xxx

20:47

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, sözügedən yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.

Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti