Bakı. Trend:
Alyaskada ABŞ ilə keçirilən sammit zamanı Rusiya Vaşinqtonun xahiş etdiyi kimi, Ukrayna münaqişəsinin həllində çeviklik nümayiş etdirməyə hazır olduğunu təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat iclasında deyib.
"Alyaskadakı görüşün əsas məqsədi Ankoricdəki danışıqlar zamanı müəyyən çətin məsələlərə və çətinliklərə baxmayaraq, bu təkliflərlə razı olduğumuzu və təklif olunan çevikliyi nümayiş etdirməyə hazır olduğumuzu təsdiqləmək olub", - deyə V.Putin bildirib.