Bakı. Trend:
Çinin "Çançjen-3B" daşıyıcı raketi "Şiyan-21" eksperimental rabitə peykini orbitə uğurla çıxarıb.
Trend-in məlumatına görə, bu barədə Çinin "CGTN" teliviziya kanalı xəbər verib.
Məlumata əsasən, orbitə buraxılış Çinin cənub-qərbindəki Siçuan vilatəindəki Siçan Peyk Buraxılış Mərkəzindən həyata keçirilib. "Şiyan-21" peyki təyin olunmuş orbitə daxil olub.
Cihaz əsasən peyk rabitəsi, radio, televiziya və məlumat ötürülməsi kimi sahələrdə xidmətlər göstərmək, eləcə də texniki sınaqlar üçün istifadə olunacaq.