Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə tezliklə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" radio stansiyasına müsahibəsində deyib.
"Mən onunla çox da uzaq olmayan gələcəkdə danışacağam. Ona nə deyəcəyimi açıqlaya bilmərəm, amma çox konkret bir şey deyəcəm", - deyə D.Tramp bildirib.
Bundan əvvəl Bolivar Respublikasının prezidenti ABŞ ilə danışıqlara hazır olduğunu bildirib.