...

Bakıda yaşayış binasındakı yanğında ölənlərin kimliyi məlum olub (YENİLƏNİB)

Cəmiyyət Materials 22 Noyabr 2025 00:27 (UTC +04:00)
Bakıda yaşayış binasındakı yanğında ölənlərin kimliyi məlum olub (YENİLƏNİB)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirən şəxslərin kimliyi məlum olub.

Trend xəbər verir ki, yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.

xxx

22:06

Noyabrın 21-də saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Trend-ə bildirilib ki, çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti