Bakı. Trend:
"Fənərbaxça"nın hücumçusu Cenk Tosun Super Liqada klubunu dəyişə bilər.
Trend Türkiyə KİV-ə istinadla xəbər verir ki, 3 klub türkiyəli forvardın xidmətində maraqlıdır.
"Eyüpspor", "Kasımpaşa" və "Antalyaspor" yanvar ayında Cenki transfer etmək istəyir. 34 yaşlı futbolçu təklifləri dəyərləndirdikdən sonra qərarını verəcək.
Qeyd edək ki, Cenk Tosun "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesmonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.