...

Nigeriyada silahlı şəxslər məktəbdən 227 nəfəri qaçırıblar

Dünya xəbərləri Materials 22 Noyabr 2025 05:36 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyada silahlı şəxslər Müqəddəs Məryəm Katolik Məktəbindən 215 şagird və 12 müəllimi qaçırıblar.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi Nigeriya Xristianları Assosiasiyasına istinadən xəbər verib.

Məlumata əsasən, qaçırılan tələbələrin bəziləri qaçmağı bacarıb.

Qeyd olunub ki, hadisə ölkə hökumətinin silahlıların çoxsaylı hücumları səbəbindən məktəbin bağlanmasını tələb etməsindən və Müqəddəs Məryəm Məktəbinin rəhbərliyi tərəfindən buna məhəl qoyulmamasından sonra baş verib.

Daha əvvəl Nigeriyanın "Arise" televiziya kanalı silahlıların məktəbə hücumu nəticəsində yalnız 52 nəfərin qaçırıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti