...

Tramp Zelenskinin razılaşma planına razılıq verəcəyinə ümid edir

Dünya xəbərləri Materials 22 Noyabr 2025 03:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını "sülhə gedən yol" kimi gördüyünü bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Nyu-Yorkun yeni seçilən meri Zohran Mamdani ilə görüşü zamanı deyib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin bitməsini istəyirsə, bunu qəbul etməli olacaq.

"Bizdə sülh yolunun olduğunu düşünürük, amma Zelenski buna razılıq verməli olacaq", - deyə D.Tramp bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, Ukrayna prezidenti planı indi tam bəyənməsə belə, onu qəbul etməli olacaq.

Xəbər lenti

Xəbər lenti