...

Yasamaldakı yanğına səbəb olduğu iddia edilən restorandan AÇIQLAMA

Gündəm Materials 22 Noyabr 2025 11:30 (UTC +04:00)
Yasamaldakı yanğına səbəb olduğu iddia edilən restorandan AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının restorandan başladığına dair iddialar var.

Səsləndirilən iddialarla bağlı “Loft” restoranının administratoru Trend-ə bildirib ki, restoranın şaxtası yoxdur.

“Hazırda aidiyyəti qurum tərəfindən restoran bağlanıb. Əlavə məlumat yoxdur”.

Qeyd edək ki, hadisə nəticəsində tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib. Hazırda zəhərlənənlərdən 7 nəfərin müalicəsi KTM-in Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti