Bakı. Trend:
Britaniyanın müdafiə naziri Con Hili ikinci evi üçün təxminən 1500 funt vergi ödəməkdən yayınıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Hilinin vergini indiyə kimi ödəməməsi Vestminster şurasının yol verdiyi inzibati xəta ucbatından olub.
Bələdiyyə vergilərinin miqdarının artırılmasından sonra britaniyalı nazir aprel ayından etibarən ikinci evi üçün illik təqribən 2,9 min funt sterlinq ödəməli idi, halbuki həmin məbləğdən iki dəfə az vergi ödəyib.
Yerli KİV-də vergidənyayınma ilə bağlı söz-söhbətlərdən və siyasətçilərin tənqidlərindən sonra nazir vergi borcunu bağlayıb.
