Bakı. Trend:
İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən qitə birinciliyinin üçüncü günündə milli komandamızın üzvü Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, özünəinamlı çıxışı ilə seçilən digər təmsilçimiz Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib!
Bununla da taekvondoçularımızın Avropa birinciliyində qazandığı ümumi medal sayı 5-ə (2 qızıl, 1 gümüş, 2 bürünc) çatıb: İlyas Hətəmli (48 kq) – qızıl medal, Elcan Əliyev (78 kq) – qızıl medal, Vasif Səlimov (68 kq) – gümüş medal, Mehdi Budaqlı (45 kq) – bürünc medal, Novruz Əliyev (51 kq) – bürünc medal.
Azərbaycan komandası ümumi hesabında oğıanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Yarışda çempion adını qazanan milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) yarışın ən yaxşı idmançısı, beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva yarışın ən yaxşı qadın hakimi seçilib.
