...

İçərisində psixotrop maddələrin də olduğu xeyli miqdarda dərman vasitəsi aşkar edilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2025 08:48 (UTC +04:00)
İçərisində psixotrop maddələrin də olduğu xeyli miqdarda dərman vasitəsi aşkar edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə,Təbriz – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.

Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti