...

ABŞ hərbçiləri Ukrayna ilə bağlı müzakirələr aparmaq üçün Rusiyaya səfər edə bilərlər

Dünya xəbərləri Materials 22 Noyabr 2025 07:40 (UTC +04:00)

Bakı. Trend:

ABŞ generallarından ibarət nümayəndə heyəti gələn həftə Moskvaya səfər edərək Rusiya nümayəndələri ilə Vaşinqton tərəfindən hazırlanmış Ukrayna münaqişəsinin həlli planını müzakirə edə bilərlər.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" nəşri mənbələrə istinadən xəbər verib.

"Amerika mənbələrinə görə, bir qrup amerikalı general, Kremllə "sülh planı"nı müzakirə etmək üçün gələn həftənin sonunda Moskvaya uçacaq", deyə bildirilib.

Qeyd edək ki, noyabrın 20-də ABŞ ordu katibi Den Driskol Kiyevdə Prezident Volodymyr Zelenskiyə münaqişələrin həlli planını təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti