Bakı. Trend:
Livan İsrailin öz ərazisinə hücumlarına son qoymaqda maraqlıdır və sülhə və sabitliyə gətirib çıxaracaq bir həll formulu hazırlamaq üçün danışıqlara başlayacaq.
Trend-in məlumatına görə, bu barədə Livan Prezidenti Cozef Aun respublikanın müstəqilliyinin 82-ci ildönümü münasibətilə televiziyada çıxışı zamanı deyib.
"Sərhədlərimizin təhlükəsizliyini təmin edəcək hərbi əməliyyatların daimi dayandırılması barədə razılığa gəlmək məqsədilə BMT, ABŞ və ya birgə beynəlxalq sponsorluq altında danışıqlara hazır olduğumuzu təsdiqləyirəm", - deyə siyasətçi bildirib.
C.Aun həmçinin qeyd edib ki, "Livan digər ərəb ölkələri ilə birlikdə Fələstin məsələsinin həlli üçün sülh prosesində iştirak etməyə hazırdır".
Livan prezidentinin sözlərinə görə, ölkə hazırda "yeni, bərpa olunmuş müstəqillik uğrunda" mübarizə aparır.