...

ABŞ-nin strateji bombardmançı təyyarələri Venesuela yaxınlığında uçuşlar həyata keçirib

Dünya xəbərləri Materials 22 Noyabr 2025 07:06 (UTC +04:00)
ABŞ-nin strateji bombardmançı təyyarələri Venesuela yaxınlığında uçuşlar həyata keçirib

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir qrup "B-52H Stratofortress" strateji bombardmançı təyyarəsi Venesuela sahilləri yaxınlığında Karib dənizindəki beynəlxalq sular üzərində uçuşlar həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "Air And Space Forces" nəşri Amerika rəsmilərinə istinadən xəbər verib.

Ötən gün baş tutan uçuşlarda ən azı iki B-52H strateji bombardmançı təyyarəsi iştirak edib.

Onlar Şimali Dakotadakı Minot Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıblar. ABŞ rəsmisinin sözlərinə görə, missiya "mövcudluq patrulu" olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti