...

İran hökuməti meşə yanğınları ilə bağlı beynəlxalq yardım çağırışı edib

Dünya xəbərləri Materials 22 Noyabr 2025 09:11 (UTC +04:00)

Bakı. Trend:

İranın şimalındakı Hirkan meşələrində günlərdir davam edən böyük miqyaslı yanğın, Mazandaran əyalətinin Marzanabad bölgəsində yerləşən Elit dağlıq ərazisində yenidən şiddətlənib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bunun fonunda İran hökuməti beynəlxalq yardım çağırışı edib.

Yanğının söndürülməsinə yerli yanğınsöndürənlər, ətraf mühit mühafizəçiləri, Bəsic könüllüləri və dağçılardan ibarət qruplar cəlb olunub. Güclü külək və qurumuş bitki örtüyü alovun sürətlə yayılmasına şərait yaradır. Bildirilir ki, bölgədə məhdud sayda helikopterdən istifadə mümkündür.

İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpenah yanğının nəzarət altına alınmaması fonunda dost ölkələrdən təcili yardım istədiklərini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti