...

Aİ Qəzza zolağının yenidən qurulmasında iştirak etməyə hazırdır

Dünya xəbərləri Materials 22 Noyabr 2025 02:46 (UTC +04:00)
Aİ Qəzza zolağının yenidən qurulmasında iştirak etməyə hazırdır

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməklə yanaşı, Qəzza zolağının yenidən qurulmasında iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın mətbuat katibi Ənvər əl-Anuni deyib.

O qeyd edib ki, Avropa Komissiyası "Qəzzada humanitar yardım və yenidənqurma səylərini dəstəkləmək üçün sərəncamında olan bütün vasitələri səfərbər edəcək".

"Qəzza yenidən qurulmalıdır. Fələstinlilər yenidən təhlükəsiz və qanuni bir mühitdə, dirçələn iqtisadiyyatla yaşamalıdırlar. BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə əsasən, "Sülh Şurası" bir çərçivə müəyyən edəcək və Qəzzanın inkişafı üçün ayrılan vəsaitlərin ardıcıl şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq əlaqələndirilməsini təmin edəcək", - deyə o əlavə edib.

O, həmçinin xatırladıb ki, “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, iki demokratik dövlət - İsrail və Fələstin - sülh və təhlükəsizlik şəraitində birgə yaşamalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti