Bakı. Trend:
Böyük Britaniya ordusu Beynəlxalq Müdafiə Kiber İdman Oyunlarına start verib.
Trend-in məlumatına görə, bu barədə Britaniya hökumətindən məlumat verilib.
Bildirilib ki, bu, əsgərlərə əsl döyüş meydanındakı vəziyyətlərə hazırlaşmağa kömək edəcək.
"Beynəlxalq müdafiə kiber idman oyunları müasir hərbi əməliyyatlar üçün tələb olunan rəqəmsal bacarıqların inkişaf etdirilməsində irəliyə doğru əhəmiyyətli bir addımdır. Ukraynadakı münaqişələr də daxil olmaqla, münaqişələrdən alınan dərslər, pilotsuz uçuş aparatlarının operatorlarının təlimi və kiber imkanların artırılması üçün oyun texnologiyalarının real dəyərini nümayiş etdirlb", - deyə Böyük Britaniya Kiber və Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini Tom Kopinqer-Sayms bildirib.
Britaniya hökumətinin məlumatına əsasən, oyunlarda 40-dan çox ölkədən kiberidman idmançıları iştirak edəcək. İlk yarış 2026-cı ilin oktyabr ayında Sanderlenddə keçiriləcək.