...

Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 22 Noyabr 2025 10:52 (UTC +04:00)
Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” xam neft markalarının orta qiymətlərində artım, “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində isə azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,06 ABŞ dolları və ya 1,6 faiz artaraq, bir barelə görə 67,56 ABŞ dolları təşkil edib.

Həftə ərzində maksimum qiymət bir barelə görə 68,00 ABŞ dolları, minimum qiymət isə 66,51 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin orta qiyməti bir barelə görə 65,42 ABŞ dolları olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,11 dollar və ya 1,73 faiz çoxdur. Həftə ərzində maksimum qiymət 65,82 dollar, minimum isə 64,43 dollar təşkil edib.

“Urals” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,47 dollar və ya 2,85 faiz azalaraq, bir barelə görə 50,06 ABŞ dolları olub. Həftə ərzində maksimum qiymət 52,13 dollar, minimum isə 47,14 dollar təşkil edib.

“Dated Brent” markalı neftin orta qiyməti bir barelə görə 63,30 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,36 dollar və ya 0,57 faiz çoxdur. Həftə ərzində bu markalı xam neftin bir barelə görə maksimum qiyməti 63,66 dollar, minimum qiyməti isə 62,38 dollar olub.

Neft / tarix

17.10.2025

18.10.2025

19.10.2025

20.10.2025

21.10.2025

Orta qiymət

Azeri LT CIF

$67,93

$68,00

$67,67

$67,69

$66,51

$67,56

Azeri Light FOB Ceyhan

$65,72

$65,82

$65,55

$65,60

$64,43

$65,42

Urals (EX NOVO)

$52,13

$51,65

$50,08

$49,31

$47,14

$50,06

Dated Brent

$63,66

$63,55

$63,35

$63,54

$62,38

$63,30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti