...

Azərbaycandan Yunanıstana neft ixracı artıb

Energetika Materials 22 Noyabr 2025 09:52 (UTC +04:00)
Azərbaycandan Yunanıstana neft ixracı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 500,7 min ton xam neft və neft məhsulları ixrac edilib.

Trend bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcminə görə isə 272,5 min ton və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Yunanıstan Azərbaycan neftinin ən çox ixrac olunduğu ölkələr arasında 8-ci yeri tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard ABŞ dollarından çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulu ixrac edib.

2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici pul ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti