Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərinin dəniz limanında konteyner daşıyan iri gəmi yanır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şəhər meri Karen Bassın öz sosial şəbəkə hesabında yazdığına görə, elektrik-texniki səbəblərdən meydana gələn yanğınla hazırda 100-dən çox xilasedici mübarizə aparır.
Yerli yanğın-mühafizə xidmətinin məlumatına görə, yanğından sonra gəminin göyərtəsində güclü partlayış da baş verib. Bütün ekipaj üzvləri vaxtında təxliyə olunub. Zərərçəkənlərin olmadığı bildirilir.
