Bakı. Trend:
ABŞ-də naməlum şəxs Yeni il yolkasının qurulması mərasiminə silahlı hücum həyata keçirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şimali Karolina ştatının Konkord şəhərində baş vermiş insident nəticəsində azı 4 nəfər yaralanıb, onlardan 3-ünün vəziyyəti ağırdır.
Hadisə yerindən qaçan silahlının tapılması istiqamətinə gücləndirilmiş tədbirlər görülür. Polis şahid ifadələri, eyni zamanda ərazidə olan müşahidə kameralarındakı qeydlər vasitəsilə həmin şəxsin kimliyini müəyyən etməyə çalışır.
Hələlik silahlı hücumun səbəbi məlum deyil.
