Bakı. Trend:
"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Arsenal" türkiyəli vingeri transfer etmək istəyir.
London klubunun nümayəndələri Kenanın meneceri Jorje Mendeşlə görüşüblər. A Seriyası nəhəngi 20 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 18 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.