...

Keçmiş məhkum fiziki güc tətbiq edərək Bakı sakininin pulunu ələ keçirib

Cəmiyyət Materials 22 Noyabr 2025 11:58 (UTC +04:00)
Keçmiş məhkum fiziki güc tətbiq edərək Bakı sakininin pulunu ələ keçirib

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Trend xəbər verir ki, naməlum şəxs gecə saat 03:00 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti