...

Rumıniya ordusu qırıcılarını havaya qaldırıb

Dünya xəbərləri Materials 22 Noyabr 2025 12:10 (UTC +04:00)
Rumıniya ordusu qırıcılarını havaya qaldırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya ordusu iki “F-16 Fighting Falcon” qırıcısını havaya qaldırıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Borçedə yerləşən 86 saylı aviabazadan döyüş təyyarələrinin qaldırılmasının məqsədi Ukrayna ilə sərhəddəki hava məkanının yoxlanılması olub.

Belə ki, bundan əvvəl Ukrayna-Rumıniya sərhədində döyüş əməliyyatlarının gücləndiyi və sərhədyanı İzmayıl şəhərinin ərazisində pilotsuz uçuş aparatlarının göründüyü barədə məlumatlar yayılmışdı.

Bununla belə Müdafiə Nazirliyi bildirib ki, dronların Rumıniyanın hava məkanına daxil olması qeydə alınmayıb və qırıcılar yerli vaxtla 03:42 radələrində hava bazasına geri qayıdıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti