...

Azərbaycanda bentonit istehsalı 37%-dən çox artıb

İqtisadiyyat Materials 22 Noyabr 2025 13:10 (UTC +04:00)
Azərbaycanda bentonit istehsalı 37%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 264,1 min ton bentonit istehsal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,6 min ton və ya 37,2% çoxdur.

Cari ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 243,1 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti