Bakı. Trend:
COP30 iqlim sammitində müzakirələr fosil yanacaqlar mövzusunda ciddi parçalanmaya səbəb olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyanın təqdim etdiyi razılaşma layihəsində “fosil yanacaqlardan keçid” planına dair bütün istinadlar çıxarılıb, bu isə əsas iştirakçılar arasında hiddət doğurub.
Avropa İttifaqı (Aİ) layihəni “ambisiyasız” adlandırıb və qəbul etməyib. Aİ-nin iqlim üzrə komissarı Vopke Hoekstra bildirib ki, mətndə atmosferə zərərli qazların azaldılması istiqamətində ciddi fəaliyyət planı yoxdur.
Maraqlı tərəflər arasında, neft istehsal edən bəzi ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı energetika sektorlarunun danışıqlarda “müzakirə olunmaz” hesab edilməsini istəyir.
Eyni zamanda, layihədə 2030-cu ilə qədər iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyənin üç dəfə artırılması təklifi var. Lakin maliyyə mənbələrinin zəngin ölkələr, inkişaf bankları yoxsa özəl sektor olması hələ tam aydın deyil.
Aİ rəsmiləri “hazırkı layihənin qəbul oluna bilməyəcəyi”ni söyləyir.