...

Azərbaycanda metal filizlərin hasilatı 39%-ə yaxın artıb

İqtisadiyyat Materials 22 Noyabr 2025 13:35 (UTC +04:00)
Azərbaycanda metal filizlərin hasilatı 39%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 556,9 milyon manatlıq metal filizləri hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, metal filizlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 38,7% artıb.

Bundan əlavə, dövr ərzində sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 23 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 32,3 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti