Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 330 ton mis konsentratı istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 min ton və ya 29,7 dəfə artıb.
Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 112 ton mis konsentratı istehsal edilmişdi.
Qeyd edək ki, cari ilin noyabr ayının 1-nə ölkədə hazır mis konsentratı ehtiyatının miqdarı 251,6 ton olub.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.
