Bakı. Trend:
Niderlandın cənub-şərqində, Almaniya sərhədinə yaxın Volkel aviabazası üzərində naməlum dronlar aşkar edilib.
Trend xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisə noyabrın 21-i axşam saatlarında baş verib. Məlumata görə, dronların görünməsi ilə əlaqədar Hərbi Hava Qüvvələrinin şəxsi heyəti yerdən atəş açıb. Lakin heç bir dronu vurmaq mümkün olmayıb və aparatlar uçaraq ərazidən uzaqlaşıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
