...

Bakı-Qazax yolunda sıxlıq yaranıb (VİDEO)

Cəmiyyət Materials 23 Noyabr 2025 19:35 (UTC +04:00)
Bakı-Qazax yolunda sıxlıq yaranıb (VİDEO)

Bakı. Trend:

Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı–Qazax yolunun 104-cü kilometrində, Bakı istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində zəruri bütün tədbirlər görülür.

Qeyd olunan yol sahəsinə əlavə naryad qruplarl ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Xəbər lenti

Xəbər lenti